Logo
news content
User
Kateqoriyalar

Xəbər

Son sutkada 512 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa 512 yeni yoluxma qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.

Ölkədə indiyədək 799 983 nəfər koronavirusa yoluxub. Onlardan 787 479 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 2 752 nəfərdir.

Ölkədə son sutka ərzində 3 760, hazırkı dövrədək isə 7 055 265 test aparılıb.