Logo
news content
User
Kateqoriyalar

Xəbər

Son döyüşlərdə məhv edilən erməni qadın döyüşçülər - ADLARI

Ermənistan Azərbaycana qarşı sentyabrın 12 və 13-ü həyata keçirdiyi təxribat zamanı ölən erməni hərbçi qadınların sayını və adlarını açıqlayıb.

Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunlar Susanna Qriqoryan, Anuş Apetyan, Alisa Melkonyan, İrina Qasparyan və Qayane Abqaryandır.

Ermənistan MN, həmçinin sözügedən qadınların fotolarını da yayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamasında 135 erməni hərbçinin öldüyünü və çox sayda yaralının olduğunu etiraf edib.