Logo
news content
User
Kateqoriyalar

Xəbər

Siz 100 rublun dərdini çəkirsiz, onlar milyardların - Rusiyalı oliqarxlara daha bir zərbə

Fransa hökuməti Rusiya oliqarxlarının Aİ-nin sanksiyalarına məruz qalan ölkədəki bütün aktivlərini, o cümlədən daşınmaz əmlakını, dəbdəbəli yaxtalarını və avtomobillərini müsadirə etmək niyyətindədir. Bu barədə "Financial Times" nəşri ölkənin maliyyə naziri Bruno Le Maire-ə istinadən xəbər verir.

"Biz həmçinin Rusiya hökuməti ilə əlaqələrə görə Avropanın sanksiyalar siyahısına əlavə edilə bilən və Fransada aktivləri olan bütün Rusiya vətəndaşlarını müəyyən edəcəyik", - "İnterfaks" fransalı nazirin sözlərindən sitat gətirib.

“Biz bütün bu aktivlərin müsadirə edilməsi üçün hüquqi əsaslar əldə edəcəyik", - o əlavə edib.