Logo
news content
User
Kateqoriyalar

Xəbər

Siyəzəndə mikroavtobus aşıb: Parnikdə fəhlə işləyən 10 qadın yaralanıb

Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.

Hadisə Bakı-Quba yolunda, rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.

Hadisə nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onların hər biri zəruri müayinələrdən keçirilib.

Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir.

Məlumata görə, xəsarət alan sərnişinlərin hamısı Zarat kəndindən olan qadınlardır və onlar parnikdə işləyən fəhlələr olublar.

Hadisə də səhər saatlarında onların iş yerinə gedən zaman baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.