Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şirvanda Vətən Müharibəsi iştirakçısı özünü yandırıb

Şirvanda yaşayan Yardımlı rayon sakini, 1990-cı il təvəllüdlü Abdiyev Elmir Pənahəli oğlu özünü yandırıb.

Üçüncü dərəcəli yanıq xəsarəti alan Elmir Abdiyev Şirvan xəstəxanasına yerləşdirilib. O, Vətən Müharibəsi iştirakçısıdır.

Elmir Abdıyev artıq Bakıya gətirilib. O, 5 saylı Klinik Xəstəxananın Yanıq şöbəsində müalicə olunacaq.

DİN-in Mətbuat xidməti olayla bağlı rəsmi versiyanı açıqlayıb.

DİN-dən verilən məlumata görə, Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunub.

Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürüb. Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb və qanunvericiyə uyğun olaraq tədbir görüldüyü barədə məlumat verilib.

Lakin saat 20 radələrində E.Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb və o, şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılıb. Burada ona zəruri köməkliklər göstərilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.