Sırski: "Rusiya 2024-cü ildə öncəki 2 ildən daha itki verib"
21 Yanvar 2025
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski bildirib ki, 2024-cü ildə Rusiyanın Ukraynaya qarşı müharibədə itkiləri 434 mindən çox şəxsi heyət təşkil edib ki, bu da 2022 və 2023-cü illərdəki itkilərdən daha çoxdur.
Bu barədə o, TSN-ə müsahibəsində söyləyib.
“Bizim hesablamalarımıza görə, ümumi itkilər (Rusiyanın – red.) şəxsi heyətin 434 mindən üzvü təşkil edib, onlardan təxminən 150 mini 2024-cü ildə ölüb. Bu döyüş ili ərzində o, əvvəlki iki müharibə ilindən daha çox itki verib”, – o qeyd edib.
Ukrayna və Rusiya qüvvələrinin itkiləri arasındakı nisbət barədə suala Sırski belə cavab verib: “Belə deyək, dəfələrlə çoxdur”.
Sırski müharibəni müdafiə olunaraq qazanmağın mümkün olmadığı bildirib.
“Əlbəttə (müdafiədə müharibəni qazanmaq mümkün deyil – red.). Nə qədər müdafiə olunsan, bir o qədər də geri çəkilməli olacaqsan. Biz isə bütün cəbhə xətti boyunca müdafiə olunmağa və öz qüvvələrimizi saxlamağa məcburuq”, – o söyləyib.
Həmçinin Sırskidən, Rusiyanın üstünlüyü olduğu halda, Ukraynanın necə hərəkət etməli olduğu soruşulub. Baş komandanın sözlərinə görə, Ukrayna məhz üstünlüyü olan sahələri inkişaf etdirməlidir.
“Biz üstünlüyümüz olan sahələri inkişaf etdirməliyik. Biz dünyada ilk olaraq Pilotsuz Sistemlər Qüvvələrini yaratdıq. Hazırda pilotsuz komponentimizi artırırıq. Biz robot platformalarını fəal şəkildə inkişaf etdiririk, yerüstü döyüş platformalarını inkişaf etdiririk”, – Sırski əlavə edib.
Xatırladaq ki, daha əvvəl Sırski Kursk istiqamətini ziyarət etmişdi.