Simonyan: İrəvan və Bakı sülh prosesində çox irəliləyiblər
05 Fevral 2026
Ermənistan və Azərbaycan sülh prosesində xeyli irəliləyiblər.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib.
"Biz Azərbaycanla kifayət qədər irəliləmişik (sülh prosesində - red.). Bizdə artıq sülh sazişinin real şəkildə imzalanması nəzərdə tutulur ki, bu, bizim üçün, gələcəyimiz üçün vacibdir", - A.Simonyan qeyd edib.