Logo
news content
User
Kateqoriyalar

Xəbər

Simonyan Eçmiədzini qanunsuz qurum adlandırıb

II Qaregin Erməni Apostol Kilsəsi adından liturgiya keçirmək hüququna malik deyil, çünki andını pozub.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

"Katolikos kimdir? Mən belə bir adamı tanımıram. Bu adam andını pozub. O, Erməni Apostol Kilsəsi adından liturgiya keçirmək hüququna malik deyil. Bu qanunsuz qurumdur", - spiker qeyd edib.

O bildirib ki, ölkənin Baş naziri Nikol Paşinyanın iştirak edəcəyi və rütbəsi əlindən alınmış keşiş Aram Asatryanın aparacağı Ovannavank monastırındakı liturgiyada iştirak etməyəcəyini bildirib.