Şimali Koreya yeni raketini sınaqdan keçirib
29 Sentyabr 2021
KXDR sentyabrın 28-də yeni “Hvason-8” hipersəs raketini sınaqdan keçirib.
TASS agentliyi xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumata görə, sınaqlar ölkənin şimalındakı döyüş poliqonlarının birində baş tutub. Raket Şimali koreyanın Hərbi Elmlər Akademiyası tərəfindən hazırlanıb.
Bundan əvvəl “Yonhap” agentliyi KXDR-in yeni səsdən sürətli uçan aparatı sınaqdan keçirməsi barədə məlumat yaymışdı.(APA)