Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şimali Koreya Ukraynada 2 min əsgərini itirib

Ukrayna ilə döyüşlərdə Rusiya silahlı qüvvələrinin tərəfində iştirak edən 2 minə yaxın şimali koreyalı hərbçi həlak olub.

"Yonhap" agentliyi xəbər verir ki, bu barədə Şimali Koreyanın Kəşfiyyat İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Pxenyan Rusiyaya Ukrayna ilə müharibədə kömək etmək üçün əlavə 6 minə yaxın əsgər göndərməyi planlaşdırır, təxminən min istehkamçı artıq Rusiyaya gəlib.

Ötən ilin oktyabrından Şimali Koreya Rusiyanın tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün 13 minə yaxın hərbçi göndərib.