Logo
news content
User
Kateqoriyalar

Xəbər

Seulda izdiham nəticəsində 151 nəfər ölüb, 82 nəfər yaralanıb

Cənubi Koreya hakimiyyəti Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfərin öldüyünü təsdiqləyib.

Bu barədə bazar günü ölkənin fövqəladə xidmətlərinə istinadən “News-1” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, 82 yaralıdan 19-nun vəziyyəti ağırdır. Daha əvvəl 149 nəfərin öldüyü, 76 nəfərin yaralandığı bildirilirdi.

“Yonhap” agentliyinin Cənubi Koreya hakimiyyətinə istinadən verdiyi məlumata görə, izdihamın qurbanı olan azı 19 əcnəbi, o cümlədən İran, Çin, Norveç və Özbəkistan vətəndaşlarıdır. Daha əvvəl ölən iki əcnəbi haqqında məlumat verilmişdi. Ölənlər arasında həmçinin Rusiya vətəndaşları da var. Hadisə zamanı Rusiyanın daha 1 vətəndaşı xəsarət alıb.