Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səudiyyə kəşfiyyatı: İran yaxın 48 saat ərzində ölkəyə hücum edə bilər

Səudiyyə Ərəbistanındakı ABŞ qoşunları və krallığın öz ordusu İrandan gələn hədələrdən sonra yüksək hazırlıq vəziyyətinə gətirilib.

Ər-Riyad Səudiyyə Ərəbistanındakı obyektlərə, o cümlədən infrastruktur hədəflərinə mümkün zərbələr gözləyir.

Ölkə kəşfiyyatının məlumatına görə, yaxın 48 saat ərzində İran tərəfindən hücum baş verə bilər.

ABŞ isə İrandan Səudiyyə Ərəbistanına qarşı təhdidlərdən narahatlıq keçirdiyini və lazım gələrsə, cavab verməyə hazır olduğunu bildirib.

Bu barədə "Reuters" agentliyi ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsünə istinadən məlumat yayıb.

O, ABŞ-ın bölgədəki maraqlarını və tərəfdaşlarını çəkinmədən müdafiə etmək niyyətində olduğunu vurğulayıb: “Biz təhdidlərdən narahatıq və səudiyyəlilərlə hərbi və kəşfiyyat kanalları vasitəsilə daim əlaqə saxlayırıq”.