Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səudiyyə Ərəbistanından fantastik layihə: Tısbağa-gəmi suya buraxılacaq - FOTOLAR/VİDEO

İtaliyanın "Lazzarini" şirkəti, təxminən 5 milyard dollar dəyərində olan "Pangeus" adlanacaq dünyanın ən böyük kruiz gəmisini Səudiyyə Ərəbistanında suya buraxmağa hazırlaşır.

Görünüşü tısbağanı xatırladan gəmi 60.000-lik sərnişin üçün nəzərdə tutulub. Gəmidə həmçinin, çimərlik klubları, villalar və hətta ticarət mərkəzləri də olacaq.



Onun uzunluğu təqribən 550 metr, eni isə 610 metrdən çoxdur. Üzən şəhərciyə gəminin arxa tərəfindən başlayan nəhəng dəhliz vasitəsilə daxil olmaq mümkün olacaq.





Kruiz gəmisi doqquz tam elektrik HTS mühərriki ilə təchiz ediləcək və 5 dəniz mili sürəti ilə hərəkət edəcək.

https://www.youtube.com/watch?v=XT_3YmlXvOI&t=105s