Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma genişlənir

Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında hərbi qarşıdurma daha da genişlənib.

“The Washington Post“ xəbər verir ki, husilərin Ər-Riyad hava limanına hücumundan sonra tərəflər hərbi əməliyyatları intensivləşdiriblər.

Məlumata görə, husilər Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin obyektlərinə və Yəmənin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən hökumətinin Prezident sarayına zərbələr endiriblər.

Buna cavab olaraq Səudiyyə Ərəbistanı Yəməndə husilərin nəzarətində olan ərazilərə hava hücumlarını artırıb.

Yəmən hökumətinin iki rəsmisi bildirib ki, Ər-Riyad rəhbərliyi hazırda hərbi qələbəni münaqişədən çıxışın yeganə yolu hesab edir.

Onların sözlərinə görə, tərəflər arasında danışıqlar aparılmır və yaxın zamanda razılaşma gözlənilmir.

ABŞ Prezidenti Donald Tramp isə husilərə qarşı hərbi əməliyyatlara birbaşa qoşulmaqda tərəddüd edir. Bununla belə, Vaşinqton Səudiyyə Ərəbistanına kəşfiyyat sahəsində dəstək göstərir.

Bildirilir ki, husilərin strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməsi beynəlxalq dəniz ticarəti üçün əlavə risklər yaradır.

Münaqişənin genişlənməsi Yəməndə humanitar vəziyyəti də ağırlaşdırıb. BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, ölkədə 18 milyon insan ciddi ərzaq çatışmazlığı ilə üzləşir.