Vens: Ordumuzun Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır
19 Oktyabr 2026
Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı.
Bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib.
"Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərbi Dəniz Qüvvələri neft və qazın Hörmüz boğazından tranzitini təmin etməsəydi, onlar üç dəfə daha yüksək olardı", - Vens vurğulayıb.
O əlavə edib ki, Amerika hərbçiləri Hörmüzdən çıxacağı təqdirdə, enerji daşıyıcılarının qiyməti kəskin şəkildə artacaq.
Vitse-prezident həmçinin qeyd edib ki, hazırda Vaşinqton enerji daşıyıcılarının davamlı tədarük zəncirlərinin qorunub saxlanılmasını təmin etməyə, eləcə də Tehrandan İranın nüvə proqramının məhdudlaşdırılmasına dair dəqiq öhdəliklər əldə etməyə çalışır.