Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səttar Bəhlulzadənin əsərlərini 31,5 milyona “eBay”da satışa çıxaran kimdir? - FOTO

Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri “eBay” internet mağazasında satışa çıxarılıb.

Ssənətkarın əsərlərini Oğuz Tolga adlı şəxs satışa çıxarıb.

S. Bəhlulzadənin 650 əsəri 18 500 000 dollara (31 450 000 AZN) təklif olunur.

Əsərlərin “eBay”da satılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin əsərlərin hansı yolla ölkə xaricinə çıxarılması sual olunub.