Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sərxoş Hollivud filmi kimi olay: sürücü qaçdı, polis maşına atəş açdı - VİDEO

Səbaildə yol polisi əməkdaşlarının silah istifadə etməsi ilə nəticələnən insident yaşanıb.

Gecə saatlarında 1983-cü il təvəllüdlü Səbail rayon sakini Muradov Rəşad Əli oğlu idarə etdiyi yük avtomobili ilə yol ayrıcını keçmə qaydasını pozduğuna görə Səbail rayon Dövlət Yol Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən şəxsin sərxoş olduğu şübhəsi yaranıb. Ondan avtomobildən düşüb sərxoşluq testi verməsi tələb olunsa da, sürücü buna əməl etməyib.

Buna görə də əraziyə digər polis əməkdaşları da çağırılıb. Daha sonra sürücü tabesizlik göstərərək ərazidən uzaqlaşmaq istəyib. Hərəkətinə davam edərkən yaxında olan 5 avtomobili əzib. Bundan sonra yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə ediblər. Onlar avtomobilin arxa təkərlərini partladaraq maşının dayanmasını təmin ediblər. Daha sonra şəxs müayinəyə aparılıb.

Müayinə zamanı aydın olub ki, R.Muradov nəinki alkoqol içkinin təsiri altındadır, hətta qanında narkotik vasitə də çıxıb. Onun barəsində protokol tərtib olunub. Hazırda araşdırma aparılır.

Faktı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli təsdiq edib: "Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır". (Qafqazinfo)