Logo
news content
User
Kateqoriyalar

Xəbər

Serj Sarqsyan Qarabağa gəlib

Ermənistanın "Faktinfo" nəşrinin məlumatına görə, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Qarabağa gedib.

Sarqsyanın aparatından bu məlumatı təsdiq ediblər. Səfərin nə ilə bağlı olduğu açıqlanmır.

Dünən Türkiyə parlamentinin deputatı, etnik erməni Karo Paylyan Yerevanda Sarqsyanla görüşüb. Ermənistan KİV-lərinin yaydığı məlumata görə, deputat Sarqsyanı Ermənistanın Türkiyə və Azərbaycanla barışması ideyasını dəstəkləməyə razılaşdırmağa çalışıb. Amma Sarqsyan Paylyanın bu təşəbbüsünü qəbul etməyib, onu "kapitulyasiya" adlandırıb.

Rəsmi Bakı sülhməramlılardan separatçı hərəkatla əlaqəsi olan və tərəflərin barışmasına köməklik göstərməyən şəxsləri Qarabağa buraxmamağı tələb edib. Belə ki, bir müddət əvvəl Ermənistan XİN-in keçmiş başçısı Raffi Ovanesyan Qarabağa buraxılmayıb.

Bakıda hələlik Sarqsyanın səfərini şərh etmirlər.