Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH rəhbəri etirazçıları hədələdi

SEPAH rəhbəri etirazçıları hədələyib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami ölkənin əvvəlki rəsmilərinin açıqlamalarını təkrar edərək, iranlı etirazçıların “düşmənin təlqinlərinin təsiri altında” olduqlarını iddia edib və onlara xəbərdarlıq edib:

“İslam Respublikasının düşmənlərinin siyasi şahmat fiqurları olmasınlar!”.

“Təsnim” xəbər ajansının məlumatına görə, Hüseyn Səlami oktyabrın 10-da İran xalqının ümumölkə qiyamını İslam Respublikasının “böyük nailiyyətlərini pozmağa cəhd” olduğunu bildirib.

Bu arada İranda bir neçə hökumət məmuru öldürülüb.



Onların etirazçılar tərəfindən qətlə yetirildiyi iddia olunur. Zəngan şəhərində kütləvi etirazlar zamanı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı yarımhərbi radikal "Bəsic" birləşməsinin üzvü Qulamrza Bamdadi öldürülüb. Bununla yanaşı, Tehranda Səlman Əmirəhmədi adlı "Bəsic" üzvünün də qətlə yetirldiyi bildirilir. İran mediasının verdiyi xəbərə görə, Kürdüstan əyalətinin Sənəndəc şəhər polis idarəsinin rəisinin müavini Rəsul Bərzuyi də həyatını itirib. Tehran şəhərinin 9-cu bölməsinin 209-cu Bəsic bölməsinin komandiri Əlirza Həbibzadeqanın da öldürüldüyü qeyd olunur. Sözügedən şəxslər son 2 gündə həlak olublar və bir sıra məlumatlara görə, onlardan ikisi xüsusi təyinatlı qüvvələrin xalqa atəş açdığı zaman güllə yarası alaraq ölüblər.