Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH Bəhreyndə "Amazon"un infrastrukturuna zərbə endirdiyini açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki ticarət obyektinə qanadlı raketlərlə zərbə endirdiyini bildirib.

Bu barədə İran mediasına istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.

SEPAH-dan iddia edilir ki, onun Aerokosmik Qüvvələri bir neçə qanadlı raketlə "Amazon" şirkətinin məlumat emalı üzrə mərkəzi infrastrukturunu məhv edib.

SEPAH-dan bildirilib ki, zərbə ABŞ-nin Darxovindəki mülki infrastruktura etdiyi hücumlara cavab olaraq endirilib.