SEPAH Azərbaycanı hədələdi - FOTO
08 Mart 2026
SEPAH Azərbaycana böhtan ataraq hədələyib.
“Azad İran” teleqram kanalı xəbər verir ki, məlumat İran Dövlət Televiziyasının teleqram kanalında yerləşdirilib.
Məlumata əsasən, “Xatəmül-Ənbiya” qərargahının sözçüsü deyib:
“İran İslam Respublikasının Silahlı Qüvvələri bölgədəki amerikalı və sionist təcavüzkarlarla genişmiqyaslı döyüşlərdə iştirak etməsinə baxmayaraq, hərtərəfli səylərlə dost, qonşu və müsəlman ölkələrinin milli təhlükəsizliyinə və mənafelərinə heç bir zərər gəlməməsinə çalışıb.
İranın qonşusu olan Azərbaycan Respublikasına bir müsəlman ölkəsi olaraq elan edirik ki, bölgədə qeyri-sabitliyin genişlənməsinin qarşısını almaq üçün sionistləri bu ölkədən çıxarsınlar və öz xalqının, eləcə də İranın təhlükəsizliyini təhlükəyə atmasınlar”, - açıqlamada deyilir.
