SEPAH antiterror əməliyyatı keçirib
29 Aprel 2026
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Terror aktları planlaşdıran muzdlu və terrorçu qruplaşmaların agentlərinə qarşı əməliyyat keçirilib", - məlumatda bildirilib və əlavə edilib ki, 4 nəfər həbs olunub:
"Bu əməliyyat zamanı Kalaşnikov avtomatları və tapançalar, döyüş sursatları, qumbaralar, saxta şəxsiyyət vəsiqələri və "Starlink" peyk rabitə vasitələri kimi təhlükəsizliyə zidd əşyalar aşkarlanıb".