SEPAH ABŞ-nin İordaniyadakı bazasına hava hücumu edib
31 Avqust 2026
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İranın Larak adasına dron hücumuna raket və pilotsuz uçuş aparatları (PUA) ilə cavab verib.
“Tasnim” xəbər verir ki, ABŞ-nin İordaniyadakı "Müvəffəq Salti" bazası atəşə tutulub.
"Düşmənin texniki və təmir infrastrukturları, eləcə də qırıcılarının yerləşdiyi Məlik Hüseyn və Əl-Əzrəq adlı iki aviabazası darmadağın edilib", - bəyanatda bildirilib.
03:02
"Fox News"un jurnalisti Trey Yinqst mənbələrə istinadən bildirib ki, İran İordaniyada yerləşdirilmiş Amerika hərbçilərinə hücum edib.
O bu barədə "X" sosial şəbəkəsində yazıb.
Jurnalistin sözlərinə görə, İranın buraxdığı raketlərin demək olar ki, hamısını zərərsizləşdirmək mümkün olub. "Hücum nəticəsində ciddi ziyan qeydə alınmayıb", - jurnalist bildirib.