Senator Menendes istefa verib
24 İyul 2024
Korrupsiyada təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendes istefa verib.
Bu barədə “New Jersey Globe” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, o istefa ərizəsini Nyu-Cersi ştatının qubernatoruna təqdim edib.
Xatırladaq ki, R.Menendes rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunub. Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.