Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şəmşad Ağanın müalicə müəssisəsinə yerləşdirildiyi deyilir

"MeydanTV işi" ilə bağlı həbs edilən jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağanın səhhətində problem yarandığı bildirilir.

Yaxınlarının sentyabrın 17-də yaydıqları məlumata görə, jurnalist mədə-bağırsağında yaranan problemlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Onun mədə xorasından əziyyət çəkdiyi bildirilir.

Bu məlumatı Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

Ş.Ağa fevralın 5-də MeydanTV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb .

Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir.