Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şəmkirdə 24 nəfər qidadan zəhərlənib

Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.

Zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 14-ü azyaşlıdır.

Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.