Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şəhid övladından Azərbaycan bayrağına hörmətsizlik - VİDEO

Sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.

Videoda kimliyi bəlli olmayan bir şəxsin qapı satışı edilən mağazaya daxil olaraq kiminləsə mübahisə etdiyi görünür.

Mübahisədən sonra obyektin pəncərəsində asılan Azərbaycan bayrağını qoparıb masanın üzərinə atıb.

Araşdırma zamanı Azərbaycanda bayrağa qarşı hörmətsizliklə bağlı hadisənin Bərdədə baş verdiyi müəyyənləşib. Bayrağa qarşı hörmətsizlik edən isə Bərdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Zöhrab Zöhrabbəyovdur.

O, “Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğludur.

Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb: "Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib".

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.