Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Səfirliyiniz dağıdılacaq, tırlarınız yandırılıb, sürücüləri öldürüləcək"

İrandan Azərbaycana açıq terror təhdidi gəlməyə başlayıb.

Dünən axşam xomeyniçi jurnalist Hüseyn Əlinin adından (Həmid Babai) Facebook səhifəsində video yayımlanıb.

Babai xəbərdarlıq edib ki, Müsavat Partiyası noyabrın 15-də İranın Bakıdakı səfirliyi qarşısında mitinq keçirsə, dərhal aşağıdakı cavab tədbirləri görüləcək:

Tehranda aksiya keçiriləcək, onun iştirakçıları Azərbaycan səfirliyinə daş atacaqlar;

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən İrana daxil olan yük maşınlarının sürücüləri öldürüləcək, nəqliyyat vasitələri isə yandırılacaq.