Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Sədərək” ticarət mərkəzinin icarəyə verdiyi anbarda yanğın tam məhdudlaşdırılıb

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır. Yanğının tam söndürülməsi istiqamətində əməliyyət tədbirləri davam etdirilir.

Qeyd edək ki, dünən səhər saatlarında ticarət mərkəzində yanğın başlayıb. Bir neçə saat sonra yanğının yayılmasının qarşısını almaq mümkün olsa da, axşam saatlarında alov yenidən şiddətlənmişdi.