Logo
news content
User
Kateqoriyalar

Xəbər

Satqınlar məhv edilir: Luqansk separatçıların “baş prokuror”u və Berdyansk "meri" öldürüldü

Qondarma "Luqansk Xalq Respublikasının Baş prokurorluğu” binasında partlayış olub.

"112" teleqram kanalı xəbər verir ki, "baş prokuror" Sergey Qorenko və onun müavini Yekaterina Steqlenko ölüblər.

Bildirilib ki, partlayışın episentri S.Qorenkonun kabinetində olub.

Bundan əlavə, Berdyansk şəhərinin Rusiya tərəfindən təyin edilmiş "rəhbəri" Oleq Boyk və onun arvadı Lyudmila Boyko da öldürülüblər. Lyudmila Boyko Zaporojye vilayətində "referenduma" hazırlıqıa məğşul olurmuş.

İşğal altında olan Xersonda isə "hərbi administrasiyanın" və "appelyasiya məhkəməsinin" binalarına zərbə endirilib.