Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Şanxayın təcrid olunması” Çinə 30 milyard dollara başa gələcək

Koronovirusun Çində yeni aşkar edilmiş ştammı sürətlə yayılır.

Ölkənin Səhiyyə Komitəsinin məlumatında bildirilir ki, daha çox yoluxma Şanxayda müşahidə edilməkdədir.

Ciddi karantin tədbirləri çəhərdə həyatı iflic edib.

Qida və dərman çatışmazlığı səbəbindən metropolis sakinləri hətta mağazaları qarət etməyə çalışırlar.

Ünvanlara sifarişlərin çatdırılması da mümkün deyil, əhalinin əksəriyyətinin pulu sadəcə olaraq tükənib.

Bir sözlə, qapanma çox milyonluq şəhərdə həyatı iflic edib.

Hər gün on minlərlə insan yoluxur. 26 milyonun şəhər sakini təcrid vəziyyətindədir. Küçələrdə ordu patrul xidmətini həyata keçirir.

Biznes mərkəzləri, iri ticarət obyektləri zirehli texnika ilə mühasirəyə alınıb.

İctimai nəqliyyat dayandırılıb, müəssisələr bağlanıb.

Şanxayda kütləvi testlərin yeni mərhələsi davam edir.

Ekspertlərin fikrincə, iki həftə ərzində “Şanxayın təcrid olunması” Çin iqtisadiyyatına təxminən 30 milyard dollara başa gələcək. Çindəki ABŞ transmilli şirkətlərinin yarıdan çoxu artıq tam illik gəlir proqnozlarını əhəmiyyətli dərəcədə azaldıb.