Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sanksiyaları pozanlar: Rusiyaya kimlər silah satıb?

Rusiya embarqoya baxmayaraq ən azı 2020-ci ilə qədər Avropa İttifaqının silahlarını ixrac edib.

Bu haqda informasiya gazeta.ru saytında yer alıb.

Mənbə yazır ki, araşdırmaçı Avropa jurnalistləri araşdırma apararaq rusları kimin, nə və hansı məbləğə silhala təchiz etdiyini öyrəniblər.

“Investigate Europe”un təhlil etdiyi ictimai məlumatlara əsasən, on üzv dövlət 346 milyon avro dəyərində hərbi texnika ixrac edib”, - araşdırmaçılar bildiriblər.

Onların sözlərinə görə, bunlar raketlər, təyyarələr, torpedalar, bombalar, toplar, yerüstü nəqliyyat vasitələri və gəmilərdir. Bu silahların bəziləri Ukraynaya qarşı istifadə oluna bilər.

"Aİ-27-nin bütün rəsmi silah ixrac reyestrlərindən əldə edilən məlumatlar göstərir ki, 2015-2020-ci illər arasında ən azı 10 Aİ üzvü Rusiyaya 346 milyon avro dəyərində silah ixrac edib.

Fransa, Almaniya, İtaliya, Avstriya, Bolqarıstan, Çexiya, Xorvatiya, Finlandiya , Slovakiya və İspaniya Rusiyaya "hərbi texnika" satıb.

Araşdırmada qeyd edilir ki, Rusiyaya silah, sursat və texnikanın satışı, tədarükü, ötürülməsi və ya ixracı qadağandır. Bu qərar Krımın ilhaqı və 2014-cü ildə Donbasda özünü elan etmiş respublikaların yaradılması ilə bağlıdır.

Jurnalistlər Rusiyanın silahlarının böyük bir hissəsini Fransanın tədarük etdiyini bildirirlər.

Fransa Rusiyaya 152 milyon avro dəyərində hərbi texnika satıb. Bu ölkə Avropa silahlarının 44%-ni Rusiyaya ixrac etməklə qonşularını xeyli qabaqlayıb.

Almaniya isə Rusiyaya 121,8 milyon avro dəyərində hərbi texnika ixrac edib.

İxracatçılar siyahısında üçüncü yerdə Rusiyaya 22,5 milyon avroya hərbi texnika satan İtaliya göstərilir. 25 milyonluq ilk iri müqavilə 2015-ci ildə imzalanıb.