Logo
news content
User
Kateqoriyalar

Xəbər

Samvel Karapetyanın qardaşı oğlu deputat toxunulmazlığından məhrum edilib

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Baş Prokurorluğun vəsatəti əsasında müxalif "Güclü Ermənistan" partiyasının liderlərindən biri Narek Karapetyanı deputat toxunulmazlığından məhrum edib.

Bu barədə Ermənistanın baş prokurorunun müşaviri Lusine Martirosyan "Armenpress" nəşrinə müsahibəsində bildirib.

Baş Prokurorluq ötən gün MSK-ya N.Karapetyan barəsində cinayət təqibinin başlanması və onun azadlıqdan məhrum edilməsi haqqında vəsatət təqdim edib.

N.Karapetyan ev dustaqlığında olan "Taşir" Şirkətlər Qrupunun prezidenti və "Güclü Ermənistan"ın rəhbəri Samvel Karapetyanın qardaşı oğludur.

N.Karapetyan deputat mandatını iyulun 21-də almışdı.