Salyanda maşın kanala aşıb, 4 nəfər ölüb
30 Yanvar 2025
Salyanda minik maşınının kanala aşması nəticəsində 4 nəfər ölüb.
Hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.
“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb. Hadisə nəticəsində 1993-cü il təvəllüdlü İsmayılzadə Nərmin Güləli qızı, onun azyaşlı övladları İsmayılzadə Rza Elşən oğlu və İsmayılzadə Hüseyn Elşən oğlu, o cümlədən 32 yaşlı Aqil Amil oğlu Məmmədov suda boğularaq ölüb.
İsmayılzadə Vüqar Elşən oğlu xilas edilib.
Hazırda avtomobilin sudan çıxarılmasına FHN yerli qurumlarıı və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (APA)