Logo
news content
User
Kateqoriyalar

Xəbər

Salome Zurabişvili: "Gürcüstan Rusiyaya qarşı bütün sanksiyalara qoşulub"

Gürcüstan Ukraynada keçirilən hərbi əməliyyata görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub.

Bu barədə “CNN” telekanalının efirində respublika prezidenti Salome Zurabişvili bildirib.

“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında (Rusiya Federasiyasına qarşı - Red) iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə də iştirak edirik”, - deyə Zurabişvili bildirib.