Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Şahmat üzrə rusiyalı keçmiş dünya çempionu Anatoli Karpov Moskvada xəstəxanaya yerləşdirilib.

Beynəlxalq dərəcəli qrossmeyster hazırda reanimasiyadadır.

Dövlət Dumasının binasında halı pisləşən deputat huşunu itirərək yerə yıxılıb. Həkimlərin sözlərinə görə, həmin vaxt o, sərxoş vəziyyətdə olub.

Karpova ağır qapalı kəllə-beyin travması və sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Onun süni koma vəziyyətində olduğu bildirilib.