Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sabahın hava proqnozu

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın temperaturu gecə 16-19, gündüz 21-23, Bakıda gecə 17-19, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var.

Gecə və səhər saatlarında duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 25-30, dağlarda gecə 4-7, gündüz 8-13 dərəcə isti olacaq.