Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Boztəpə” kanalı yenidən qurulur

Boztəpə kanalının yenidən qurulması davam edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Pressklub.az-a verilən məlumata görə, 2022-ci ildə bərpasına başlanılan Boztəpə kanalının yenidən qurulmasının birinci mərhələsi artıq başa çatıb. 

“Kanalın su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 kilometrdir. Suvarma kanalı üzərində sudüşürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var” ,-agentlikdən bildirilib. 

Qeyd edək ki, mənbəyini Araz çayından götürən suvarma kanalının yenidən qurulması İmişli rayonunda 8884 hektar və Beyləqan rayonunda 891 hektar olmaqla, ümumilikdə 9775 hektar torpaq sahəsinin suvarma suyu ilə təminatını yaxşılaşdırıb. 

Hazırda 42,4 kilometr uzunluğu olan Boztəpə kanalında tikinti işləri başa çatıb, SCADA (Supervisory Control and Data Acquisition- avtomatik  uzaqdan idarəetmə -red.) sistemlərinin inteqrasiyası üçün isə işlər davam edir.