“Sabah”da kütləvi koronavirusa yoluxma aşkarlandı
24 Noyabr 2021
“Sabah” klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Bu barədə paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, komandada 6 nəfərin testi pozitiv çıxıb. Onlardan 5-i məşqçi, 1-i isə futbolçudur. Komandanın məşqçiləri Vitali Kovalyov, Ruslan Qafitullin, Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyev koronavirusa yoluxduğu üçün karantinə alınıb. Onlardan bəzilərinin ötən həftə bu virusa yoluxduğu bəlli olub.
Hazırda məşqçilər korpusunda yalnız Vladimir Şeludko və baş məşqçi Murad Musayev sağlamdır. Onların testi neqativ çıxdığından, növbəti matçda texniki zonadakı yerlərini ala biləcəklər.
Bakı təmsilçisində testi pozitiv çıxan futbolçu isə Mixeil Erqemlidzedir. Karantinə alınan gürcüstanlı hücumçunun qarşıdakı iki turu buraxacağı dəqiqdir.
Qeyd edək ki, “Sabah” Premyer Liqanın XII turunda noyabrın 27-də “Keşlə” ilə qarşılaşacaq.