Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Aprelin 11-i Bakıda və Abşeron yarımadasında gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumatda o da qeyd edilib ki, Azərbaycanın rayonlarında isə aprelin 10-u axşamdan 12-si gündüzədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.