Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Sabah daha da pis olacaq" - ABŞ Kremlin siyasətini dəstəkləyənləri hədələdi

ABŞ hökuməti Ukraynadakı hərbi əməliyyatlar çərçivəsində ruslara qarşı sanksiyaları davam etdirməyi planlaşdırır.

Bunu Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O'Brayen bildirib.

Onun sözlərinə görə, bu, gələcəkdə daha da pisləşəcək və yeni məhdudlaşdırıcı tədbirlər hazırlanır:

“Artıq Rusiyaya qarşı 11 min müxtəlif sanksiya tətbiq edilib və Aİ heç kəsi sanksiya siyahısından çıxarmaq fikrində deyil. Vaşinqton Ukraynadakı hərəkətləri ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edir. Biz həmişə Moskvada güc strukturunun necə dəyişməsi ilə maraqlanırıq”.

O'Brayen, həmçinin, Kremlin siyasətini dəstəkləyənlərlə bağlı da fikirlərini bölüşüb.

"Mən olduğu kimi demək istəyirəm ki, Kremlin siyasətini dəstəkləyənlər üçün sabah daha da pis olacaq, çünki onlar bizim tədbirlərimizlə və ya tətbiq etdiyimiz üsulların nəticələri ilə üzləşəcəklər".