Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sabah Bakıda 30 dərəcə isti olacaq

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 26-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 30-35, dağlarda gecə 4-8, gündüz 10-14 dərəcə isti olacaq.