Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Saakaşvili həbsdə ölsə, Gürcüstanın Aİ ərizəsi rədd ediləcək”

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili həbsdə ölərsə, Gürcüstanın Aİ-yə üzvlük ərizəsi təsdiq edilməyəcək.

Bunu  Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Saryuş-Volski tviter hesabında qeyd edib.

“Saakaşvilinin azad edilməsi ilə Gürcüstanın Aİ-yə daxil olması arasında paralellər mövcuddur. Hər ikisi bir-birindən ayrılmazdır. Keçmiş prezident həbsdə ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ-yə üzvlüyünə səs verməyəcək”,-deyə deputat yazıb.