Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saakaşvili Gürcüstana qayıdıb

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ölkəsinə qayıdıb.

Bu barədə Saakaşvili "Faceebok" hesabında bildirib.

"Sabahın xeyir, Gürcüstan! Artıq 8 ildən sonra Gürcüstandan", eks prezident qeyd edib.

M. Saakaşvili daha əvvəl oktyabrda yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar vətəninə qayıtmaq niyyətində olduğunu bildirmişdi. O, Gürcüstanda daxili axtarışa verilib və bir neçə cinayət işi üzrə istintaq aparılır. Gürcüstan hakimiyyətinin nümayəndələri dəfələrlə sərhədi keçən kimi onu saxlayacaqlarını bəyan ediblər.(APA)