Logo
news content
User
Kateqoriyalar

Xəbər

S-400" və "İskander" döyüş növbəsinə gətirilib - Lukaşenko müharibəyə hazırlaşır?

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “S-400” və “İskander” raket sistemlərinin artıq ölkədə döyüş növbəsinə gətirildiyini bildirib.

TASS xəbər verir ki, bu barədə dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün biz sizin Belarusa təhvil verdiyiniz S-400 sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İskander” kompleksini döyüş növbəsinə qoyuruq”, – Belarus lideri söyləyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskdə birgünlük işgüzar səfərdədir.