Logo
news content
User
Kateqoriyalar

Xəbər

S-400 komplekslərinin yığıldığı zavodda yanğın – Beş nəfər öldü

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzinin yanması nəticəsində 5 nəfər ölüb, təxminən, 25 nəfər yaralanıb.

TASS xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Tver vilayəti Baş İdarəsi yayıb.

İlin məlumata görə, 1000 kv. metr ərazi yanıb. Yaralıların səhhəti dəqiqləşdirilir. Müəssisədəki elmi əməkdaşlar təxliyə edilib.

Hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, yanğın baş verən elmi-araşdırma mərkəzində “S-400” zenit-raket kompleksi yığılırmış.