Rütte gözlənilmədən Ukraynaya səfər edib
03 İyun 2026
NATO-nun baş katibi Mark Rütte Kiyevə səfərə gəlib.
“İnterfaks-Ukrayna” xəbər verir ki, bu barədə "Ukrzaliznıtsya"nın mətbuat xidməti məlumat yayıb.
"Bu gün Kiyev vağzalında NATO-nun baş katibi Mark Rütteni sevinclə qarşılayırıq. Bu səfər, əvvəlkilər kimi, son dərəcə vacibdir, çünki bu, Alyansın ölkəmizə həmrəylik və dəstək jestidir", - məlumatda bildirilib.
NATO baş katibinin səfər proqramının digər təfərrüatları hələlik açıqlanmayıb.