Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusların AI-yə birbaşa quru yolu tam bağlandı

Rusiya ilə Aİ ölkələri arasında sərhədlər turistlər üçün bağlanıb. Latviya, Litva, Estoniya və Polşanın ardınca Finlandiya da analoji addım atdı.

Finlandiyanın xarici işlər naziri Pekka Havisto sabahdan Rusiya-Finlandiya sərhədinin turist vizası sahiblərinin böyük əksəriyyəti üçün bağlandığını elan edib.

Son vaxtlara qədər sərbəst şəkildə Finlandiyaya daxil olan ruslar Helsinkinin beynəlxalq münasibətləri üçün təhlükə hesab olunur.