Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ruslara viza qadağası müzakirə edilir

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini, o cümlədən ruslara Şengen vizalarının verilməsinin dayandırılmasını müzakirə edir.

Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.

Onun sözlərinə görə, Almaniya hökumətinin hələlik bu məsələdə vahid mövqeyi yoxdur.

Daha əvvəl Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Anita Hipper iddia edib ki, Aİ-də əcnəbilərə qısamüddətli vizaların verilməsini qadağan edən vahid prosedur yoxdur.