Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ruslar ruslara qarşı - “Azad Rusiya” legionu Rusiya tanklarını vurmağa hazırlaşır - FOTOLAR

Könüllü əsir düşərək Ukraynanın tərəfinə keçən bir qrup Rusiya hərbçisi Böyük Britaniyanın NLAW tank əleyhinə raket komplekslərinin tətbiqini öyrənir. Onlar həmin raketlərlə Rusiya tanklarını vurmağa hazırlaşırlar.



Ukrayna mənbələri xəbər verir ki, fevralın 27-də Rusiya ordusunun bölük komandiri öz bölüyü ilə birlikdə könüllü əsir düşüb. Həmin zabit Rusiya əsgərlərinə müraciət edərək Ukraynaya qarşı təcavüzdə iştirak etməməyə çağırıb, o könüllərdən ibarət “Azad Rusiya” legionu yaratdıqlarını və Rusiyada azadlıqlar uğrunda mübarizəyə başladıqlarını bildirib.



Ukrayna Müdafiə Nazirliyi könüllü təslim olan Rusiya hərbçilərindən ibarət “Azad Rusiya” legionunun yaradılmasına icazə verib.  “Azad Rusiya” legionunda Rusiyadan olan 100-ə yaxın könüllünün olduğu bildirilir. Onlar hazırda mühasirədə olan Mariupolda “Kadırovçularla” döyüşə girməyə hazırlaşırlar.